Kapital Bank bu il əhalini 400 milyon manatdan çox borclandırıb

Bu gün, 09:00 141 dəfə baxılıb

“Kapital Bank” ASC 2026-cı ilin ilk doqquz ayında istehlak krediti portfelini mütləq məbləğ ifadəsində ən çox artıran bank olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bankların maliyyə göstəricilərinin təhlilinə əsasən, sentyabrın 30-na Kapital Bankın istehlak krediti portfeli 3 milyard 536,9 milyon manat təşkil edib.

Bu göstərici ilin əvvəli ilə müqayisədə 12,8% və ya təxminən 401 milyon manat çoxdur.

Belə ki, 2025-ci ilin sonunda bankın istehlak krediti portfeli təxminən 3 milyard 136 milyon manat olub.

Kapital Bank mütləq artım üzrə ABB-ni geridə qoyub.

2026-cı ilin üçüncü rübünün sonuna təqdim olunan 21 bankın ümumi istehlak krediti portfeli 10 milyard 408,1 milyon manat təşkil edib. Bu məbləğin 34%-i Kapital Bankın payına düşüb.

Başqa sözlə, siyahıdakı bankların əhaliyə verdiyi hər 100 manat istehlak kreditinin təxminən 34 manatı Kapital Bankın portfelində cəmləşib.

Kapital Bankın istehlak krediti portfeli ikinci yerdəki ABB-nin göstəricisindən təxminən 1 milyard 293 milyon manat çoxdur.

Beləliklə, Kapital Bank 2026-cı ilin ilk doqquz ayında həm istehlak krediti portfelinin ümumi həcminə, həm də mütləq artımına görə təqdim olunan banklar arasında liderliyini qoruyub.

bankların maliyyə göstəricilərinin təhlilinə əsasən, sentyabrın 30-na Kapital Bankın istehlak krediti portfeli 3 milyard 536,9 milyon manat təşkil edib.

Bu göstərici ilin əvvəli ilə müqayisədə 12,8% və ya təxminən 401 milyon manat çoxdur.

Belə ki, 2025-ci ilin sonunda bankın istehlak krediti portfeli təxminən 3 milyard 136 milyon manat olub.

Kapital Bank mütləq artım üzrə ABB-ni geridə qoyub.

2026-cı ilin üçüncü rübünün sonuna təqdim olunan 21 bankın ümumi istehlak krediti portfeli 10 milyard 408,1 milyon manat təşkil edib. Bu məbləğin 34%-i Kapital Bankın payına düşüb.

Başqa sözlə, siyahıdakı bankların əhaliyə verdiyi hər 100 manat istehlak kreditinin təxminən 34 manatı Kapital Bankın portfelində cəmləşib.

Kapital Bankın istehlak krediti portfeli ikinci yerdəki ABB-nin göstəricisindən təxminən 1 milyard 293 milyon manat çoxdur.

Beləliklə, Kapital Bank 2026-cı ilin ilk doqquz ayında həm istehlak krediti portfelinin ümumi həcminə, həm də mütləq artımına görə təqdim olunan banklar arasında liderliyini qoruyub.

Yenisirvanli.İnfo.Az  

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031