Bakıda məktəbdə jurnalistlərə hücum edilib
Yenisirvanli.İnfo.Az xəbər verir ki, oktyabrın 28-də 225 nömrəli məktəbin 7-ci sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi ilə bağlı hadisə yerində çəkiliş aparan jurnalistlərə hücum edilib.
Məlumata görə, REAL TV və Space TV-nin çəkiliş qrupları hadisəni işıqlandırmaq üçün məktəbə gəliblər. Çəkiliş zamanı bir qrup şəxs media nümayəndələrinə fiziki zorakılıq göstərib. Hadisə nəticəsində jurnalistlər və çəkiliş qrupu üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis hadisə ilə əlaqədar bir neçə nəfəri saxlayıb, fakt üzrə araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: