BMT-də ABŞ-a qarşı qətnamə qəbul olundu: "130 ölkə ən kobud təzyiq və şantajı belə dəf etdi..."
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ABŞ-ın Kubaya qarşı sanksiyalarının ləğvi tələbiylə bağlı qətnamə qəbul edib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Türkiyə də daxil olmaqla 130 ölkə bu qətnaməyə səs verib.
Qətnaməyə görə, ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə embarqosu əsassız olmaqla yanaşı, dərhal ləğv edilməlidir.
Məlumatda deyilir ki, cəmii 17 ölkə ABŞ-ı dəstəkləyib. Onların aarsında İsrail, Argentina, Ukrayna, BƏƏ və digər ölkələr olub.
Kuba prezidenti Miguel Diaz-Canel nəticəni "Kuba xalqının qələbəsi" adlandırıb: "Dünya bir daha blokadaya böyük müqavimət göstərdi, ABŞ-ın bu səsvermənin gedişatını dəyişdirmək üçün tətbiq etdiyi ən kobud təzyiq və şantajı belə dəf etdi...".
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: