Generalın qızı işdən çıxarılan rəisini məhkəməyə verdi

31-08-2026, 10:23 10 001 dəfə baxılıb

 

General Natiq Əliyevin qızı Türkər Əliyeva bu yaxınlarda işdən azad edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovu və idarənin əməkdaşı Orxan Əlizadəni məhkəməyə verib. 

KONKRET.az bildirir ki, bu barədə “Unikal”a onun vəkili Məhərrəm Hacıyev məlumat verib.

Vəkilin sözlərinə görə, Türkər Əliyeva Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində olan zaman keçmiş rəis və əməkdaş tərəfindən ona qarşı qanunsuzluq və təhqirlər edilib.

Bu səbəbdən hər iki şəxsi Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə Məhkəməsinə veriblər.

Xatırladaq ki, bir neçə gün öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimov tutduğu vəzifədən azad edilib.

Eyni zamanda, digər əldə etdiyimiz məlumata görə, keçmiş idarə rəisi də general Natiq Əliyevin qızı Türkər Əliyevanı xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə verib.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930