Vasif Talıbovun qardaşı oğlu Bakıda yeni şirkət yaratdı

Dünən, 09:00 236 dəfə baxılıb

 

Azərbaycanda “Ecomealz” MMC adlı yeni şirkət yaradılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, MMC Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Abbas Fətullayev ev 64 m 5 ünvanında 10 manat kapitalla dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Samir Talıbovdur.

Samir Talıbovun Dubayda da eyniadlı şirkəti fəaliyyət göstərir və həmin şirkətin işi restoran və kafelərdə gün ərzində satılmayıb qalan təzə təamları “sürpriz paketlər” şəklində endirimlə istehlakçılara təklif etməkdir.

Qeyd edək ki, Samir Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun oğludur.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031