Zelenski: Rusiya Ukraynaya yeni ballistik zərbə hazırlayır
Rusiya Ukraynaya qarşı növbəti ballistik raket hücumuna hazırlaşır. Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlar yaxın zamanda yeni zərbə təhlükəsinin olduğunu göstərir.
Dövlət başçısı qeyd edib ki, Rusiyanın mümkün hücumlarının qarşısını almaq üçün Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə ehtiyac var. O, müvafiq qərarların qəbul edilməsini gözlədiklərini vurğulayaraq, ölkəsinə dəstək göstərənlərə təşəkkür edib və vətəndaşları ehtiyatlı olmağa çağırıb.
Zelenski Ukrayna qüvvələrinin Rusiyanın hərbi obyektlərinə qarşı əməliyyatlarını davam etdirdiyini də bildirib. Onun sözlərinə görə, Ukrayna ordusu Rusiyaya məxsus iki Su-34 qırıcı təyyarəsini raket zərbəsi ilə vurub. Bundan başqa, Rusiya ordusunun "İskəndər" raket kompleksinə aid buraxılış qurğusu da hədəfə alınıb.
Ukrayna monitorinq kanallarının məlumatına görə, Rusiyanın mümkün genişmiqyaslı hücumu zamanı elektrik yarımstansiyaları ilə yanaşı, Kiyevin sağ sahilində yerləşən qazpaylayıcı stansiyalardan biri də hədəfə çevrilə bilər. Paytaxtətrafı yaşayış məntəqələrindəki yarımstansiyalar və aerodromların da təhlükə altında olduğu bildirilir.
Xatırladaq ki, oktyabrın 29-da Rusiya qüvvələri Dnepr şəhərində dəmir yolu vağzalında dayanan mülki sərnişin qatarına dronla zərbə endirib. Hücum nəticəsində azı 14 nəfər həlak olub, eyni sayda insan yaralanıb. Həmin gün Çerniqovun mərkəzinə endirilən zərbə nəticəsində isə iki 15 yaşlı qız ölüb, 23 nəfər xəsarət alıb.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: