Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Dünən, 11:14 465 dəfə baxılıb

 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, xəbərə görə, o qeyd edib ki, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya olunmalıdır.

Paşinyanın sözlərinə görə, dünyada baş verən hadisələr fonunda uzunmüddətli sülhün təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

“Bir daha deyirəm: mən sülhün alternativini görmürəm. Hazırda bunu dünən Milli Assambleyada aparılan müzakirələr kontekstində deyirəm. Sülhün möhkəmləndirilməsi və institusional reallığa çevrilməsi Ermənistan Respublikasının baş naziri kimi mənim birinci, ikinci və üçüncü dərəcəli vəzifəmdir. Bu yolda ardıcıl və qətiyyətlə irəliləyəcəyəm. Sülh dönməz və institusional olmalıdır”, – deyə Paşinyan bildirib.

Ermənistanın baş naziri vurğulayıb ki, beynəlxalq aləmdə baş verənlər dünya nizamının, əslində, dağıldığını göstərir.

Onun sözlərinə görə, belə bir dövrdə Azərbaycanla sülhün əldə olunması mühüm nailiyyətdir.

“Xoşbəxtlikdən bu dövrdə sülhə nail ola bildik. Ancaq bizim vəzifəmiz iki illik sülhü 20 ilə, bir illik sülhü 200 ilə, 200 illik sülhü isə 400 ilə və daha uzun müddətə çevirməkdir”, – deyə Paşinyan vurğulayıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031