Əli Əsədov: Gürcüstanda yayda enerji sistemində ciddi qəzadan sonra Azərbaycan operativ dəstək göstərib

Dünən, 10:47 287 dəfə baxılıb

 

İyulda Gürcüstanın enerji sistemində baş vermiş ciddi qəzadan sonra Gürcüstan tərəfinin müraciəti əsasında Azərbaycan operativ dəstək göstərib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Tbilisidə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, elektrik enerjisi sistemləri arasında güc mübadiləsi əhəmiyyətli dərəcədə artırılmış və hazırda da bu səviyyədə davam etdirilir:

"Birgə həyata keçirdiyimiz meqa enerji layihələri (BTC, Cənub Qaz Dəhlizi) bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, enerji təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır. Bu gün Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur".

Baş nazir bildirib ki, yaşıl energetika sahəsində əməkdaşlığın uğurlu nəticəsi olaraq bu gün iki ölkə Avropaya yaşıl enerji dəhlizini salmağa başlayıblar.

Onun fikrincə bu layihə də Avropanın enerji təhlükəsizliyi üçün mühüm faktor rolunu oynayacaq.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031