Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur – Faktiki hava

Dünən, 09:57 196 dəfə baxılıb

 

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensivdir.
Şahdağda isə arabir qar yağıb.
Düşən yağıntının miqdarı Balakəndə 16, Lerik, Oğuzda 14, Lənkəran, Beyləqan, Qəbələdə 13, Cəlilabad, Astarada 12, Ordubadda 10, Zaqatala, Yardımlıda 9, Ağstafa, Tovuz, Zərdab, Qaxda 8, Ağdam, İmişli, Mingəçevirdə 7, Şəki (Kişçay), Sabirabad, Yevlaxda 6, Tərtər, Goranboy, Sədərək, Şahbuz, Naxçıvanda 5, Biləsuvar, Bərdə, Naftalan, Kürdəmir, Daşkəsəndə 4, Şəmkir, İsmayıllı, Şamaxı, Göyçay, Cəbrayıl, Gədəbəy, Şuşa, Şərur, Culfa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Kəlbəcər, Füzuli, Neftçalada 2, Qobustan, Xızı, Qusar, Quba, Qrız, Xaltan, Xınalıq, Şirvan, Xaçmaz, Göygöl, Qazax, Zəngilan, Gəncədə 1 mm-dək qeydə alınır.
Qubadlı, Laçın, Xankəndi, Xocalıda da arabir yağış yağıb.
Kəlbəcər, Şuşa, Xankəndi, Qubadlı, Laçın, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qax (Sarıbaş), Zaqatala, Şəki, Xaltan, Qusar, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031