Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın psixoloji dispanserə yerləşdirilib
Yenisirvanli.İnfo.Az xəbər verir ki, deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib.
Qeyd edək ki, Sevinc Nəsirovanın deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu deyilir. Millət vəkilinin qızı Laləzar Əliyeva da anasının çəkdiyi görüntülərlə bağlı paylaşım edərək, onun səsi ilə çəkilən, və trendə düşən videoların silinməsini tələb edib.
Xatırladaq ki, bir il əvvəl L.Əliyeva videomüraciət yayaraq, Elman Nəsirovun qızı olduğunu bildirib, ata qayğısı görmədiyini iddia etmişdi. Deputat isə öz növbəsində övladına ev verdiyini bildirmişdi. (Modern.az)
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: