Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - YENİLƏNİB
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin rotavirusa yoluxduğu məlum olub.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
***
17:31
29.10.2026-cı il tarixində saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
***
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
Yenisirvanli.İnfo.Az Report-a istinadən xəbər verir ki, şagirdlərin “popkorn”dan zəhərləndiyi ehtimal olunur.
Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: