Tiktoker 500 manat cərimələndi - təhqirə görə..

Dünən, 10:41 209 dəfə baxılıb

 

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar sərgiləyən daha bir Tiktok istifadəçisi həbs edilib. SİA Unikal.az-a istinadən xəbər verir ki, Göyçay şəhər sakini 1993-cü il təvəllüdlü Fidan Mahir qızı Hümbətova Tiktok platformasında qeyri-etik yayımlarına görə polis tərəfindən saxlanılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə, o cümlədən əxlaqsız ifadələrin səsləndirilməsinə, uyğun olmayan jestlərə və insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsi) maddəsi ilə protokol tərtib edilərək iş aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilib.

Göyçay Rayon Məhkəməsinin qərarı ilə Fidan Hümbətova 500 manat məbləğində cərimə edilib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031